Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən xəbərə görə, Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Məhəmməd Əliyev saxlanılıb.
Ondan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 300 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. M.Əliyev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.