Modern.az

Nərgiz Paşayeva Nizami Gəncəvi ilə bağlı sənəd imzalayıb

Nərgiz Paşayeva Nizami Gəncəvi ilə bağlı sənəd imzalayıb

Mədəni̇yyət

30 Oktyabr 2013, 08:53

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetinin dəvəti ilə oktyabrın 28-də Oksford şəhərinə gəlib.
Modern.az saytı AzərTAc-a istinadən məlumat verir ki, professor Nərgiz Paşayeva Universitetin Şərqşünaslıq fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi haqqında elmi məruzə ilə çıxış edib.
Tədbirdə universitetin Şərqşünaslıq fakültəsinin rəhbəri professor Edmund Herziq, həmin fakültənin ərəb dili və ədəbiyyatı üzrə professoru Culiya Brey, fars dili və ədəbiyyatı üzrə doktoru Dominik Brukşo, klassik ərəb ədəbiyyatı üzrə professor Geert Yan van Gelder, İslam tarixi üzrə professor Robert Hoyland, Şərqi xristianlıq bölməsinin professoru Teo van Lint və türk dili və ədəbiyyatı üzrə doktoru Loran Minyon, eləcə də Bodleyn kitabxanasında Şərqşünaslıq departamentinin rəhbəri doktor Gilyan Evison, Aşmolean muzeyinin İslam incəsənəti qalereyasının kuratoru doktor Françeska Leoni, Bodleyn kitabxanasının Yaxın Şərq və İslam əlyazmalarının kuratoru doktor Alastar Vatson iştirak ediblər
Professor N.Paşayevanın dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, şərqşünas-alim, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasif Məmmədəliyev də tədbirdə iştirak edib.
Professor N.Paşayeva çıxış edib, sonra sualları cavablandırıb.
Səfər çərçivəsində “Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.
Sənədi professor N.Paşayeva və Oksford Universitetinin beynəlxalq inkişaf üzrə direktoru xanım Lieyzl Elder imzalayıblar.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü