Modern.az

İlk F-16-lar Pasxa bayramından sonra Ukraynada olacaq

İlk F-16-lar Pasxa bayramından sonra Ukraynada olacaq

Dünya

1 May 2024, 20:56

İlk F-16 qırıcıları Pasxa bayramından sonra Ukraynada döyüş meydanında görünəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi İlya Yevlaş məlumat verib.

 

O, qırıcıların gətiriləcəyi dəqiq tarixi açıqlamayıb və qeyd edib ki, tarix artıq bir neçə dəfə dəyişib, ona görə də hər şey ali hərbi rəhbərliyin qəbul etdiyi qərarlardan asılıdır.

 

Yevlaş əlavə edib ki, F-16-lar Ukraynaya gələndə mütləq açıqlanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi