Modern.az

Ermənilər Mahir Qabiloğlunun hekayəsini Modern.az-dan götürdülər

Ermənilər Mahir Qabiloğlunun hekayəsini Modern.az-dan götürdülər

Ədəbi̇yyat

28 Mart 2014, 14:52

Qısa müddətdə ədəbiyyat müstəvisində nüfuz qazanan və yeni “Ərmən-Şuşanikin sevgisi” kitabı dərc olunan yazıçı-jurnalist Mahir Qabiloğlu ermənilərin də marağını cəlb edib. Belə ki, yazıçının “Ərmən-Şuşanikin sevgisi” hekayəsi Modern.az saytında  yerləşdirildikdən sonra  Ermənistanın www.azerichild.info  saytı bizə istinad edərək yazını tərcümə edib və yayıb.

Onu da xatırladaq ki, hekayədə erməni qadınlarının hiyləgərliyi bədii şəkildə təsvir olunub. Qəribədir ki, ermənilər məhz bu hekayəyə maraq göstəriblər, erməni və rus dilinə çevirərək dərc ediblər.
Bununla bağlı Mahir Qabiloğludan məsələyə münasibətini öyrəndik:
- Mənim üçün də gözlənilməz oldu. Görünür hədəfdən düz vurmuşuq deyə, götürüb tərcümə ediblər.

Hekayənin dərc olunduğu saytın linki - //azerichild.info/literature_30.html

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?