Modern.az

Nikita Xruşov: “Onun şalvarını soyundursaq nə görəcəyik?” - MARAQLI

Nikita Xruşov: “Onun şalvarını soyundursaq nə görəcəyik?” - MARAQLI

26 Aprel 2014, 22:06


Nikita Xruşovun SSRİ-yə rəhbərləyi dövründəki fəaliyyətinin bir sıra məqamları illər boyu müzakirə mövzusuna çevrilməklə yanaşı, onun bəzi ifadələri də bu günə kimi tez-tez xatırlanır.
Sovet liderinin ifadələrindəki qaba, etikadan kənar sözlər, söyüşlər hətta təəcüb də doğurur.

Modern.az saytı Nikita Xruşovla bağlı tarixi yenidən vərərqləyir.



Almaniya Federativ Respublikasının ilk kansleri Konrad Adenauer ən uzunömürlü siyasətçilərdən biri sayılıb. O, 87 yaşında bu vəzifədən təqaüdə gedib. Nikita Xruşov Adenaueri siyasətçi kimi qəbul etsə də, fərqli siyasi baxışlara görə ona qarşı rəğbəti olmayıb. Sovet liderinin ona qarşı işlətdiyi ifadə də bunu bir daha sübut edir:

“Biz heç vaxt Konrad Adenaueri Almaniyanın nümayəndəsi kimi qəbul edə bilmərik. Biz onun şalvarını soyundursaq nə görəcəyik? Arxa tərəfdən baxsaq görəcəyik ki, Almaniya iki yerə bölünüb. Qabaq tərəfdən baxsaq isə görünəcək ki, Almaniya heç vaxt qalxmayacaq”. 

1959-cu ilin iyul ayında Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Riçard Nikson nümayəndə heyəti ilə Moskvada rəsmi səfərdə olublar. Səfər çərçivəsində Nikson və Xruşov Moskvanın “Sokolniki” parkında Amerika milli sərgisinin açılışını ediblər. Qısa gəzintidən sonra Nikson amerika mətbəxi modelinin qarşısında ayaq saxlayıb və bu məqamda siyasətçilər arasında kiçik mübahisə yaşanıb.



Nikson barmağını Xruşovun sinəsinə vuraraq deyib:

- Biz varlıyıq, siz isə kasıbsınız. Çünki biz ət yeyirik, siz isə kələm.

Xruşov Niksonun bu sözündən əsəbləşsə də, bunu büruzə verməyib. O, olduqca sakit bir tərzdə Niksonu adı üç hərfdən ibarət olan məkana göndərib.

Nikita Xruşov Stalinin ünvanına da sərt ifadələr işlədib. Baxmayaraq ki, vaxtilə onun ətrafında olmağı ilə öyünüb, rəsmi və qeyri-rəsmi görüşlərdə Stalinə yaltaqlığı ilə kifayət qədər nəzərəçarpacaq olub. 1956-cı ilin fevral ayında partiyanın 20-ci qurultayında Xruşov Stalin haqqında bu fikirləri səsləndirib:

“Stalin sosializmə sədaqətini vəhşiliklə, vəhşi yollarla göstərib. O, partiyanı məhv edib. O, marksist deyil. Stalin insanlığa aid olan bütün müqəddəs məfhumların üzərindən xətt çəkib...”.
 


İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü