Modern.az

Bu il Koperasiya və “Odlar Yurdu” universitetləri ən az seçilən ali məktəblər olub

Bu il Koperasiya və “Odlar Yurdu” universitetləri ən az seçilən ali məktəblər olub

13 Avqust 2010, 14:09



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun başa çatması ilə əlaqaədar bu gün mətbuat konfransı keçirib.

M.Abbaszadə deib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar aşağıda qeyd olunan tarixlərdə sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanlar  - avqustun 9-dan 18-dək;

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanlar - avqustun 13-dən 20-dək  

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar -  avqustun 11-dən 20-dək ;

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar - avqustun 16-dan 31-dək.

Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə  göndərilməyəcək.

"İndiyədək ali təhsil müəssisələrinə qəbul olunanların cəmi 68%-i həmin təhsil ocaqlarında qeydiyyatdan keçib. Ən yüksək müsabiqə olan Tibb Universitetinə qəbul olunan abituriyentlərin cəmi 71%-i qeydiyyatdan keçib. Axırıncı gün qeydiyyatdan keçməyə gələn tələbələr, hansısa sənədin lazımlı sənədində problem ola bilər”.

Məleykə Abbaszadə bildirib ki, vaxt daralsa da, bəzi universitetlərdə qeydiyyatdan keçənlər hələ də azdır
TQDK sədri deyib ki, bu il bəzi kolleclərin keçid  balı ali təhsil müəssələtinin keçid balından yüksək olub. Məsələn, Maliyyə-İqtisad Kollecinin “Bank işi” ixtisası üzrə minimal keçid balı 369 bal, 2 nömrəli Bakı Baza Tibb Kollecinin “Ortopedik stomatologiya” ixtisası üzrə minimal keçid balı 396 bal, Bakı Sosial Pedaqoji Kollecinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə minimal keçid balı 268 bal olub.

Bu il ali təhsil ocaqlarında 1293 yer boş qalıb ki, bunun da 1158-i özəl ali məktəblərdədir. M.Abbaszadə deyib ki, bunun əsas səbəbi abituriyentlərin düzgün seçim etməməsidir.  İxtisas seçimi zamanı ən az göstərilən özəl ali məktəblər isə Koperasiya və “Odlar Yurdu” universitetləri olub.

Vüqar Ağamalıoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü