Modern.az

Olimpiya oyunları haqqında MARAQLI faktlar

Olimpiya oyunları haqqında MARAQLI faktlar

Aktual

16 İyun 2015, 00:02

Bir neçə gün bundan öncə Bakıda start götürülən I Avropa Oyunlarını qitə üçün məhz Olimpiya xarakterli yarışlar adlandırmaq olar. Eradan əvvəlki dövrün yadigarı olan Olimpiya oyunlarının bir çox elementlərini Bakıdakı I Avropa Oyunlarının açılışında da gördük

Modern.az Olimpiya oyunları ilə bağlı bəzi maraqlı tarixi faktları təqdim edir:

1.Olimpiya oyunları ilk dəfə keçirilən zaman orada beş növdə idman yarışları ilə bərabər incəsənət müsabiqələrinə də yer ayrılırdı. Ən yaxşı sənət əsəri hazırlayan şəxs də çempion ola bilərdi.

2. Hakimlər atletlərə bu sözləri deyəndən sonra onları yarışa buraxırdılar: “Yarışlara ölkənin yalnız azad və ən layiqli adamları buraxılır”.

3. Böyük filosoflar Sokrat, Heredot, Pifaqor, Ptolomey, Demosfen də Olimpiya yarışlarına həvəslə qatılıblar.

4. Böyük filosof və riyaziyyatçı, ilk dəfə olaraq Yerin kürə formasında olduğunu söyləyən Pifaqor hətta yumruq döyüşləri üzrə Olimpiya çempionu da olub.

5. Makedoniyalı İsgəndərin atası Filipp at çapmaq üzrə yarışlara qatılsa da, qalib gələ bilməyib.

6. Nizami Gəncəvi “Yeddi Gözəl” əsərində Olimpiya oyunlarında baş verən bir neçə hadisəni təsvir edib. Onlardan biri də Fitnənin dananı qaldırma səhnəsidir. Belə ki, həmin hadisə yunan atlet Milonun yarış meydançasında balaca dananı çiyinlərində gəzdirməsidir. Milon hər gün bu işi davam etdirib. Beləcə, 4 ildən sonrakı yarışlarda balaca buzov yerinə iri bir öküzü asanlıqla çiyinlərində daşıyıb.

7. Eradan əvvəl Olimpiya oyunlarının bəzi növlərində (qaçış, nizə atma, uzununa tullanma) qazanılan rekord nəticələr bu gün də atletlər tərəfindən yenilənməmiş qalır.

8. XX əsrin ilk Olimpiya oyunları 1904-cü ildə təşkil edilib. Maraqlı cəhət budur ki, o yarışlarda qaçış üzrə yarışlar meşələrdə, üzgüçülük yarışları isə süni kanallarda keçirilirdi.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!