Modern.az

Jurnalistlər sarılıq xəstəliyi ilə bağlı müayinə olunublar

Jurnalistlər sarılıq xəstəliyi ilə bağlı müayinə olunublar

Qarabağ

6 Oktyabr 2010, 20:22


Oktyabrın 6-da metronun “Elmlər Akademiyası” stansiyasının yanında Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə jurnalistlər üçün pulsuz müayinə təşkil edilib.
Kampaniyanı Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən «Viral Hepatitlə Savaşım Dərnəyi»,  “Lider Qadınlar ” İctimai Birliyi, Azərbaycan  Jurnalist Qadınlar Assosiasiyası təşkil edib.
Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova Modern.az-a bildirib ki, 20-yə yaxın müayinə olunan jurnalistlər arasında hepatitə yoluxma aşkarlanmayıb.

S.Yusifova deyib ki, kampaniyada jurnalistlərlə yanaşı adi vətəndaşlar da iştirak edib: “Ümumilikdə analizlərin cavablarına nəzər saldıqda aydın olub ki, xəstəlik çox gəncləşib. 25-26 yaşında gənclərin bu xəstəliyə yoluxması faktı aşkarlanıb”.

Kampaniyaya 5 oktyabrdan başlanılıb, 10 oktyabrda isə yekun vurulacaq. Oktyabrın 10-dan sonra səyyar laboratoriya regiona gedəcək.

Məqsəd insanların pulsuz müayinəsini təşkil etmək və əhalinin bu xəstəliklərlə bağlı məlumatlarının artırılmasıdır.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir