Modern.az

Prezidentliyə namizəd onu təhqir edə biləcək 3 min domeni satın aldı

Prezidentliyə namizəd onu təhqir edə biləcək 3 min domeni satın aldı

Dünya

14 Avqust 2015, 15:13


Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp özünə məxsus olan “Tramp Organization”un adından bir neçə min internet domeni əldə edib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, həmin domenlərin satın alınması onların adlarının Trampı və onun biznes şəbəkəsinə məxsus məhsulları təhqir edə biləcəyi ehtimalı ilə bağlıdır.  

Satın alınan domenlər arasında “TrumpFired.com” (Tramp rədd olsun), “ImBeingSuedByTheDonald.com” (Mən Trampdan şikayətçiyəm), “NoMoreTramp.com” (Tramp lazım deyil) və s. yer alıb.  

Ümumlikdə, Trampı təhqir edən 3153 saytın ünvanı əldə olunub. Onların əksəriyyəti fəaliyyət göstərməsə də, Tramp həmin domenlərin onun reputasiyasına zərbə vuracağını düşünür. 69 yaşlı milyarder Donald Tramp Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəddir.    

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!