Modern.az

Qurban Bayramı ilə əlaqədar ət satışı bazarında reydlər keçiriləcək

Qurban Bayramı ilə əlaqədar ət satışı bazarında reydlər keçiriləcək

1 Noyabr 2010, 18:23
Məlum olduğu kimi, noyabrın 16-17-də müsəlman aləmində, o cümlədən Azərbaycanda Qurban Bayramı qeyd ediləcək. Qurban Bayramı ilə əlaqədar, ətə tələbatın artmasını nəzərə alaraq, süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və  İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və regionlarda ətin qiymətinin gündəlik monitorinqini keçirəcək.  
Nazirlikdən verilən məlumata görə, monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.
Bununla əlaqədar, Antiinhisar Siyasəti və  İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ət satışını həyata keçirən təsərrüfat subyektlərini süni qiymət artımına yol verməməyə çağırır.
İstehlakçılardan ət satışında qiymət artımı halları ilə rastlaşdıqda 498-15-01498-15-04 nömrəli telefonlarla Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?