Modern.az

Gürcüstan hakimiyyəti məndən qorxur - Saakaşvili

 Gürcüstan hakimiyyəti məndən qorxur  - Saakaşvili

Dünya

4 Dekabr 2015, 20:00

 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəsində vətəndaşlıqdan məhrum olunması ilə bağlı verilən qərarı şərh edib. Modern.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, o bunu siyasi qərar adlandırıb.

“Onlar məndən çox qorxurlar. Onlar azad sözdən qorxurlar... Onlar hakimiyyətə gələn gündən deyirdilər ki, məqsədləri məni həbs etdirməkdir”, - Odessa vilayətinin qubernatoru deyib.

Bu gün Gürcüstan prezidenti Qeorgi Maqvelaşvili Sakaşvilinin vətəndaşlıqdan məhrum olunması haqqında sərəncam imzalayıb. Keçmiş prezidentin vətəndaşlıqdan məhrum edilməsi məsələsi onun Ukraynanın Odessa vilayətinə qubernator təyinatı və bu ölkənin vətəndaşlığını qəbul etməsindən sonra gündəmə gəlib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir