Modern.az

Türkmənistan prezidenti Bakıya gəlib

Türkmənistan prezidenti Bakıya gəlib

Təhsil

18 Noyabr 2010, 11:23

Türkmənistan Respublikasının prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün noyabrın 18-də Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkmənistan dövlətinin başçısını Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanının ali qonaqlar üçün salonunda prezident Qurbanqulu Berdiməhəmmədov və baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir