Modern.az

Avropa Birliyi Azərbaycanda müsabiqə elan edib

Avropa Birliyi Azərbaycanda müsabiqə elan edib

Qarabağ

26 Noyabr 2010, 19:14

Modern.az saytı xəbər verir ki, noyabrın 26-da Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi Bakıdakı “Landmark” Biznes Mərkəzində yeni qrant proqramına dair informasiya sessiyası təşkil edib.

Proqram Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində layihələrin dəstəklənməsinə yönəlib.

Qrantlar iki alət üzrə (EİDHR - demokratiya və insan hüquqları sahəsində Avropa aləti; NSA - davamlı inkişaf məqsədinin həyata keçirilməsində QHT-nin iştirakının dəstəklənməsi) təqdim olunacaq.

Üç istiqamətdə layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.

Birinci istiqamət demokratiya və insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, xüsusən söz və fikir azadlığının müdafiəsi, korrupsiya ilə mübarizə, dövlət işlərində daha çox vətəndaşın iştirakı, ədalətli seçkilərin keçirilməsinə yardım göstərilməsindən ibarətdir. Bu layihələr qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hökumət qurumları ilə dialoqu nəzərdə tutur.

İkinci istiqamət əhalinin insan hüquqları və hüquq müdafiə strukturları barədə məlumatlandırılmasıdır.

Üçüncü istiqamət ətraf mühitin mühafizəsi ilə bağlı hüquq sahəsində fəaliyyəti nəzərdə tutan layihələrdən ibarətdir.

Sözügedən sahələrdə vətəndaş cəmiyyətinin fəaliyyəti əhalinin məlumatlandırılması, qanunvericiliyin monitorinqi, mövcud problemlərin və nöqsanların aradan qaldırılması üzrə araşdırmaların aparılması və konkret təkliflərin təqdim olunması layihələri çərçivəsində həyata keçirilə bilər.

EİDHR xətti ilə layihələrə 1 milyon 200 min avronun ayrılması nəzərdə tutulur. Layihələrin hər biri 50-150 min avro civarında ola bilər.

NSA üzrə layihələrə gəlincə, onların ümumi məbləği 700 min avrodur. Hər layihə 50-150 min avro təşkil edəcək.

NSA çərçivəsində davamlı inkişafa nail olmaq məqsədilə iqtisadi və sosial hüquqların müdafiəsi sahəsində layihələr maliyyələşdiriləcək. Söhbət təhsil, səhiyyə, icmaların inkişafı sahəsində problemlərin həllindən gedir.

Layihələr regionlarda xüsusi qrupların - əlillərin, gənclərin, azlıqların dəstəklənməsinə yönələ bilər.

Bütün layihələr yalnız qeyri-kommersiya xarakterli hüquqi şəxslərə ayrılacaq.

Qrant almaq istəyənlər ən azı daha bir tərəfdaş – regionlardan QHT cəlb etməlidir. Layihə büdcəsinin ən azı 10 faizi digər donor tərəfindən maliyyələşdirilməlidir.

EİDHR layihələri 12-24 ay, NSA 18-24 ay müddətinə nəzərdə tutulub.

Layihələrin konsepsiyalarının təhvil verilməsinin son müddəti 2011-ci il fevralın 11-dir. Növbəti proseduralardan uğurla keçdikdən sonra qrant müqavilələri 2011-ci ilin oktyabrında imzalanacaq.

Moden.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?