Modern.az

İran terrorçuların Cenevrə görüşünə qatılmamasını istəyir

  İran terrorçuların Cenevrə görüşünə qatılmamasını istəyir

28 Yanvar 2016, 22:29

 

Yanvarın 29-da İsveçrənin Cenevrə şəhərində həyata keçirilməsi planlaşdırılan Suriya sülh görüşlərinə qatılacaq müxaliflərlə bağlı müzakirələr davam edir. Modern.az saytı BBC-yə istinadən xəbər verir ki, İran rəsmilərinin bu gün verdiyi açıqlamada Səudiyyə Ərəbistanının görüşlərə qatılmasına icazə verilməməli olduğu bildirilib.  

İran xarici işlər nazirinin müavini Hüseyn Amirabdollahian Rusiya səfəri zamanı keçirdiyi mətbuat konfransında "Yeni bir maska altında gizlənən terrorçular Suriya rəsmilərinin təmsilçiləri ilə müzakirə masasına oturmamalıdırlar. Bu, ən vacib şərtdir" - deyə qeyd edib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…