Modern.az

MTRŞ sədri: “Azər Əhmədovla bağlı “Lider”lə danışmışıq...”

MTRŞ sədri: “Azər Əhmədovla bağlı “Lider”lə danışmışıq...”

Qarabağ

13 Dekabr 2010, 18:25

Bir müddət əvvəl “Lider” telekanalında “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovla bağlı yayımlabab videogörüntü ciddi rezonans yaratmışdı. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli o zaman buna münasibət bildirməmişdi.

“Azadlıq” radiosu “Lider” TV-yə xəbərdarlıq edilib-edilmədiyi barədə yenidən N.Məhərrimləyə müraciət edib. N.Məhərrəmli deyib ki, belə bir müzakirə olmayıb. Onun sözlərin görə, "bu məsələ məhkəmə çəkişməsi predmetidir, hüquq-mühafizə orqanları ilə bağlı bir şeydir".

Buna baxmayaraq, N.Məhərrəmli etiraf edib ki, xəbərdarlıq etməklə bağlı MTRŞ-in səlahiyyətləri var. “Biz onlarla danışdıq artıq və aradan qalxdı bu məsələ” deyən MTRŞ sədri “bəs ictimaiyyətə niyə məlumat verilməyib” sualına “xəbərdarlıq etməmişik” deyə yayğın cavab verərək söhbətə son qoyub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!