Modern.az

Deputat hacı Qalib Kəbənin yuyulmasında iştirak edib

Deputat hacı Qalib Kəbənin yuyulmasında iştirak edib

Parlament

21 Dekabr 2010, 16:58

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı hacı Qalib Salahzadə Məkkədə Kəbənin yuyulmasında iştirak edib. Kəbə ildə bir dəfə açılaraq xüsusi qaydada yuyulur. Onun yuyulması prosesini izləmək və Kəbənin içinə daxil olmaq müsəlman aləmində müstəsna əhəmiyyət kəsb edir. Bu cür imkan hacı Qalibə qismət olduğundan o, özünü xöşbəxt sayır.

Q.Salahzadənin sözlərinə görə, Kəbənin açılaraq yuyulmasının şahidi olmaq hər adama nəsib olmur: «Mən Kəbəyə daxil oldum. Onun necə yuyulduğunu gördüm. Özümdə rahatlıq tapdım. Əlbətdə ki, dualarım oldu. Dövlətimizin güclənməsi, ərazi bütövlüyünün təmin olunması, prezidentimizə və onun ailəsinə can sağlığı  mənim dualarımın əsasını təşkil etdi.  Dövlətimə və xalqıma, onun rəhbərliyinə olan sevgimi, xoş arzularımı Kəbədə Uca Yaradana ismarıncladım. Allah Azərbaycanımızı qorusun!»

Q.Salahzadə dekabrın 22-də ziyarətini başa vurub vətənə dönəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir