Modern.az

7 günlük tətil: Həddindən çox yemək ziyandır!

7 günlük tətil: Həddindən çox yemək ziyandır!

Ölkə

19 Mart 2024, 17:19

Mart ayının 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur. Sabahdan ölkəmizdə bayramla əlaqədar 7 günlük tətil başlayır.

 

Ölkəmizdə tətil zamanı əksər insanlar rayonlara üz tutur, baharı regionlarda, öz evlərində qarşılayırlar. Bir çox insan tətil fürsətindən istifadə edib xarici ölkəyə səfər edir. 

 

Milli Məclisin deputatı Azər Badamov Modern.az-a açıqlmasında bildirib ki, o Novruz tətili günlərində Qusar rayonunda olacaq:

 

“Bayram günlərində rayon sakinləri ilə bir yerdə olmağı planlaşdırıram. O cümlədən yaxınlarımı, doğmalarımı da ziyarət edəcəyəm. Bayram tətilindən səmərəli istifadə etməyə çalışacağam. Təklif edirəm ki, insanlar da bu tətildən yararlansınlar, boş keçirməsinlər. Fürsətdən istifadə edərək xalqımı Baharın gəlişi münasibətilə təbrik edirəm. Bahar ölkəmizə sülh və əminamanlıq, xalqımıza bərəkət, sağlıq və firavanlıq gətirsin”. 

Bəs şagirdlər...

 

17 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Elmira Ağayeva bildirir ki, şagirdlərə rejim cədvəli təqdim edilir:

 

“Film izləmələri, bayramı necə qeyd etməli olduqları, Novruz adət-ənənələri ilə bağlı rejim cədvəli təqdim edilir. Mütəmadi olaraq araşdırırıq. Lakin tətil günlərində şagirdlər çox yükləmək olmaz. Dincəlməlidirlər ki, dərsə geri dönəndə effekti olsun. Dincəlmədən biz müəllimlərdə də effekt alınmaz. Tətil günlərinin olması yaxşı haldır. Sırf dərsdən kənarda qalmasınlar deyə keçdiklərimizi təkrar etməklərini tövsiyyə edirik. Simvolik olaraq, az miqdarda tətil tapşırığı veririk. Şagirdləri xüsusi yükləmirik. Tətil günlərində müəllimlərə iş olsa da, qeyri-iş günlərində  olmur. Bu bir həftə qeyri-iş günü olacağı üçün biz də dərsdə olmayacağıq. Qeyri-iş günlər evdə olub, bayramı keçirəcəyik”.

 

Bəzi insanlar tətil günündən xüsusən Novruz bayramından yaralanmaq üçün qidalanmaya daha çox diqqət edirlər...

Qida mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, bayram günlərində həddindən çox yemək ziyandır:

 

“Bayram günləri yeməklərində nisbətən az yemək lazımdır. Çünki bu günlərdə fərqli növ yemək çeşidləri olur. Buna görə də bayram süfrəsindəki yeməklərin bir-biri ilə uyğunluğuna diqqət yetirilməlidir. Axşam saatlarında qidalanma həddindən artıq baş və mədə ağrısı ilə nəticələnir”.

 

Ekspert qeyd edir ki, mümkün qədər az yemək hazırlanmalıdır ki, hamısı istehlak olunsun:

 

“Həddindən artıq yemək yedikdə qida həzm olunmur, mədə daha çox fəaliyyət göstərir və yorulur. Nəticə etibarilə həzmsizlik, mədədə yanma və ya ağrı kimi şikayətlər olur. Bu davamlı olduqda artıq xroniki bir hala çevrilir. Buna görə də bayram günlərində lazımi miqdarda qida qəbul etmək lazımdır"

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!