Modern.az

Terrorda ölən Vüqar Azərbaycan vətəndaşı deyil - XİN-dən açıqlama

Terrorda ölən Vüqar Azərbaycan vətəndaşı deyil - XİN-dən açıqlama

23 Mart 2024, 15:53

Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadakı “Crocus City Hall”da baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata münasibət bildirib.

 

Bu barədə qurumdan Modern.az-a bildirilib.

 

Qeyd olunub ki, həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.

 

Bundan əvvəl hadisə nəticəsində bir nəfər azərbaycanlının həlak olması barədə məlumat yayılmışdı.

 

Qeyd edək ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115 nəfər ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır