Modern.az

2024-cü ildə Azərbaycanın su ehtiyatları nə qədər AZALACAQ? 

2024-cü ildə Azərbaycanın su ehtiyatları nə qədər AZALACAQ? 

Ölkə

29 Mart 2024, 10:50

2024-cü ildə Azərbaycanda formalaşan şirin su ehtiyatlarının həcminin 1.8 faiz azalaraq 25 mlrd 100 milyon kubmetrə düşəcəyi proqnozlaşdırılır. 

 

Modern.az xəbər verir ki, bu barədə Suinfo.az Nazirlər Kabinetinin təsdiq etdiyi illik su təsərrüfatı balansına əsasən məlumat verib.

 

Məlumat bildirilir ki, bunun 16,680 mlrd kubmetri yerüstü suların, 8,420 mlrd kubmetri isə yeraltı suların hesabına formalaşacaq. 

 

Öz növbəsində yerüstü suların 12,034 mlrd kubmetri transsərhəd çaylarının axınları ilə ölkəmizə daxil olacaq, 4,646 mlrrd kubmetri isə ölkə ərazisində yaranacaq. Azərbaycanın illik su təsərrüfatı balansına əsasən 2023-cü ildə ölkəmizin illik su ehtiyatları 25,509 mlrd kubmetr təşkil edib. Son 5 ildə ən az su ehtiyatı isə 2020-ci ildə qeydə alınıb. Həmin dövrdə illik su ehtiyatları 23,243 mlrd kubmetr olmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir