Modern.az

Küçəyə atılan alimin kirayə haqqını Heydər Əliyev Fondu ödəyəcək

Küçəyə atılan alimin kirayə haqqını Heydər Əliyev Fondu ödəyəcək

Ölkə

1 Aprel 2024, 17:18

Bir neçə gündür küçədə gecələyən professor Fazil Qaraoğlu ilə bağlı məsələ Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. 

 

Modern.az-ın məlumatına görə, Fonddan “qafqazinfo”ya bildirilib ki, alimin 1 illik kirayə haqqı Fond tərəfindən ödəniləcək.

 

Xatırladaq ki, Ankaranın Gazi Universitetində çalışan F.Qaraoğlu Bakıya qayıtdıqdan sonra 17 il paytaxtda kirayədə yaşayıb. Bir neçə gündür ki, kirayə haqqını ödəyə bilmədiyi üçün evindən çıxarılıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…