Modern.az

Azərbaycanda partiyalar nə qədər üzvlük haqqı toplayıb? – SİYAHI

Azərbaycanda partiyalar nə qədər üzvlük haqqı toplayıb? – SİYAHI

Ölkə

3 Aprel 2024, 10:11

Azərbaycanda 2023-cü ildə 26 siyasi partiya qeydiyyatda olub.

 

Modern.az-ın Mərkəzi Seçki Komissiyasından əldə etdiyi məlumata görə, partiyaların 25-i maliyyə hesabatını təqdim edib.

 

Məlumata görə, hakim Yeni Azərbaycan Partiyasının gəlirləri (YAP)  33 milyon manat olub. Bu vəsaitin 29.6 milyon manatı üzvlük haqlarından, 2.4 milyonu dövlət yardımı, qalanı digər mənbələrdən formalaşıb. Partiyanın xərcləri 22.8 milyon manat olub. Parlamentdə təmsil olunan partiyalar 283 min manat gəlir əldə edib. 

 

Bəzi siyasi partiyaların gəliləri ianələrdən, bəzilərinin gəlirləri üzvlük haqlarından formalaşıb. Qeyd edək ki, üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir. Siyasi partiyanın aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunur.

 

Siyasi partiyaların topladığı üzvlük haqlarının məbləği aşağıdakı kimi olub:

 

Yeni Azərbaycan Partiyası – 29.7 milyon manat (2022-ci ildə 23 milyon manat)

Böyük Quruluş Partiyası – 151 manat (2022-ci ildə 125 manat)

Azərbaycan Demokratik Maarifçilik Partiyası – 100 manat (2022-ci ildə 100 manat)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) – 3044 manat (2022-ci ildə 2886 manat)

Müsavat Partiyası – 9990 manat (2022-ci ildə 8710 manat)

 

Aşağıdakı partiyaların hesabatında heç bir üzvlük haqqı qeyd olunmayıb:

 

Demokratik İslahatlar Partiyası

Vəhdət Partiyası

Azad Vətən Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

Müasir Müsavat Partiyası

Respublikaçı Alternativ Partiyası (2022-ci ildə 1400 manat üzvlük haqqı toplamışdı)

Ağ Partiyası

Azərbaycan Xalq Partiyası (AXP)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Paryiyası (BAXCP)

Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)

Böyük Azərbaycan Partiyası (BAP)

Haqq Ədalət Partiyası (HƏP)

Yeni Zaman Partiyası

Azərbaycan Ümid Partiyası

Ana Vətən Partiyası (AVP)

Azərbaycan Demokra Partiyası

Gələcək Azərbaycan Partiyası (GAP)

Milli Cəbhə Partiyası

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…