Modern.az

Deputat hər həftənin 4-cü günü seçicilərilə görüşəcək

Deputat hər həftənin 4-cü günü seçicilərilə görüşəcək

Parlament

6 Yanvar 2011, 20:00

Milli Məclisin deputatı Novruz Aslanov seçicilərlə görüşlərə başlayıb. İlk görüşünü İsmayıllı rayon mərkəzində yerləşən qərargahında keçirən Novruz Aslanovu sakinlər çox hərarətlə qarşılayıblar və yenidən deputat seçilməsi münasibətilə təbrik edib işlərində uğurlar arzulayılar. Bu barədə Modern.az-a Novruz Aslanovun qərargahından məlumat verilib.

Məlumat üçün bildirək ki, N.Aslanov 3-cü çağırış Milli Məclisin deputatı olarkən də hər həftənin 4-cü günləri seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna səfər edirdi. Görüşlər həm rayon mərkəzində, həm də səyyar şəkildə rayonun ucqar dağ kəndlərində keçirilirdi. Keçən 5 il ərzində N.Aslanov seçicilərlə görüşmək üçün İsmayıllı rayonuna 250-ə yaxın səfər edib.

Bu ilki deputatlıq fəaliyyətinin də əsas prioritetlərindən biri yerlərdə seçicilərlə görüşlərdən ibarətdir.

Bu məqsədlə N.Aslanov ilk görüşünü yanvarın 6-da rayon mərkəzindəki qərargahında keçirib. Görüşə gələn onlarla sakin fərdi qaydada növbə ilə qəbul edilib.

Qaldırılan məsələlər arasında əsasən müalicə, ali məktəblərdə təhsil alan tələbələrin təhsil haqları,  işsizlik problemi yer alıb. Eyni zamanda rayonda bədən tərbiyəsinin inkişafı, xüsusilə, yerli futbol klubunun texniki bazasının gucləndirilməsi kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Novruz Aslanov hər bir məsələyə diqqətlə yanaşıb, təhsil haqqının müəyyən hissəsinin ödənilməsinə, müalicəyə ehtiyacı olanlara və digər məsələlərə köməklik göstərilməsi üçün qərargahının əməkdaşlarına müvafiq tapşırıqlar verib.

Deputatın qərargahından verilən məlumata görə, 6 yanvarda təşkil olunan qəbulda müraciət edənlərin hamısının işinə yerində baxılıb və onların həlli istiqamətində müvafiq addımlar atılıb.

N.Aslanov bundan sonra da İsmayıllı rayonunda seçicilərlə əsasən hər həftənin 4-cü günü, müstəsna hallarda başqa günlərdə görüş keçirməkdə davam edəcək.

 

 

 

 

 

 

 

 

 

 

 



Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!