Modern.az

Gülər Əhmədova Çexiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Gülər Əhmədova Çexiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Parlament

13 Aprel 2011, 14:38

Milli Məclisin Azərbaycan-Çexiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Gülər Əhmədova bu gün Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matula ilə görüşüb. Görüşdə Azərbaycan-Çexiya əalqələrinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayıblar.
G.Əhmədova Çex Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə görə səfir R.Matulaya təşəkkürünü bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub.      

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var