Modern.az

Deputatdan 5 lənkəranlı gəncə himayədarlıq...

Deputatdan 5 lənkəranlı gəncə himayədarlıq...

21 Aprel 2011, 15:49

Rayonda yeni iş yerləri açmaq məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun təşəbbüsü və 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyevin maddi dəstəyi ilə Lənkəran şəhərindən olan 5 nəfər gənc üçün cari ilin aprel ayının 19-da Bakıda şəhərindəki “Celt” mərkəzində kompüterlərin təmiri üzrə kurslar təşkil edilib.
Deputatın qəbul otağından Modern.az-a verilən məlumata görə, təhsil müddətində kursda oxuyanların Bakıda qalmaq və digər bütün xərcləri deputatın imkanları hesabına ödəniləcək.

Təhsilini başa vurduqdan sonra bu şəxslərə müvafiq sertifikat veriləcək və onlar rayonun belə mütəxəssislərə ehtiyacı olan idarə, müəssisə, təşkilat və özəl qurumlarında işləyəcəklər.   

Deputat yaxın gələcəkdə rayonda ehtiyac duyulan müxtəlif ixtisaslar üzrə müvafiq kursların təşkil edilməsini də planlaşdırır. 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir