Modern.az

Milli Məclis bu gün fasiləsiz işləyəcək

Milli Məclis bu gün fasiləsiz işləyəcək

Parlament

27 May 2011, 12:13

Milli Məclisin plenar iclası öz işinə başlayıb. Modern.az-ın parlamentdə olan əməkdaşının verdiyi məlumata görə, Milli Məclisin sədri Oqtay Əsədov deputatları 28 may Respublika Günü münasibəti ilə təbrik edib və qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimiz daha da möhkəmələnəcək. Daha sonra spiker bayram münasibəti ilə keçiriləcək təntənəli tədbirə millət vəkilləri də dəvət edildiyi üçün fasiləsiz işləməyi təklif edib. Deputatlar bununla razılaşıblar.

28 may Respublika Günü münasibəti ilə bu gün keçiriləcək tədbirə Prezident İlham Əliyev iştirak edəcək.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi