Modern.az

“Azərbaycan müharibənin dayanmasını istəyir” - DEPUTAT

“Azərbaycan müharibənin dayanmasını istəyir” - DEPUTAT

Parlament

28 Fevral 2022, 16:57

“Azərbaycan müharibənin dayanmasını istəyir. Ümid edirik ki, yenidən danışıqlar yolu ilə problemlərin həllinə nail olunacaq”.

 

Bu sözləri Modern.az-a Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar haqqında danışan deputat Asim Mollazadə deyib. O xatırladıb ki, Azərbaycan bu prosesdə öz vasitəçiliyini təklif edir:

 

“Biz bildirmişik ki, qardaş Türkiyə ilə birlikdə bu məsələdə vasitəçi rolunu oynaya bilərik. Ukraynaya humanitar yardım da göndərilib. Orada baş verən proseslərin fonunda Ukrayna xalqının ağrısını görürük. Bizim də başımıza bir çox bəlalar gətirilib. 30 il Azərbaycanın bir milyona yaxın qaçqını doğma yurd-yuvalarından didərgin salınıb. Ərazilərimiz işğal olunub. Xocalı qətliamı törədilib. Ona görə belə hadisələrə həssaslıqla yanaşırıq və istəyirik ki, tezliklə sabitlik bərpa olunsun”.

 

Deputat qeyd edib ki, müharibənin dayandırılması üçün bütün dünya gücünü səfərbər etməlidir:

 

“Bütün dünya gücünü səfərbər etməli, müharibənin tezliklə bitməsinə çalışmalıdır. Beynəlxalq təşkilatlar addımlar atmalıdır. Hazırda ən pis vəziyyətdir. Kobud şəkildə sabitlik pozulub. İnsanlar faciə ilə üzləşirlər”.

 

Qeyd edək ki, dörd gündür Ukrayna ilə Rusiya qoşunları arasında müharibə gedir. Döyüşlər nəticəsində hər iki tərəf ağır itkilər verib. Azərbaycan tərəflər arasında atəşkəsə nail olunması üçün vasitəçilik təklifi ilə çıxış edib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək