Modern.az

Gürcüstanın bank sektorundakı VƏZİYYƏT

Gürcüstanın bank sektorundakı VƏZİYYƏT

Dünya

30 Aprel 2024, 09:38

Gürcüstan bankları ötən ilin birinci rübündə gəlirlərini 21% artırıb. 

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın Milli Bankı açıqlayıb.

 

Ümumilikdə, onlar 712 milyon lari (264 milyon dollar) xalis mənfəət əldə ediblər. Eyni zamanda, fəaliyyət göstərən 16 bankdan 3-ü bu rəqəmin 91%-ni təşkil edir.

 

Maliyyə hesabatlarına görə, "Bank of Georgia" ən böyük gəlirə malikdir - 355 milyon lari (132 milyon dollar). Sonrakı yerdə 266 milyon (99 milyon dollar) ilə "TBC Bank" və 25 milyon (9,3 milyon dollar) ilə "Liberty Bank" gəlir.

 

Birinci rübü yalnız iki bank zərərlə yekunlaşdırıb: "Paysera Bank" və "Silk Bank".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ