Modern.az

Sabiq daxili işlər naziri saxlanıldı

Sabiq daxili işlər naziri saxlanıldı

Dünya

30 Aprel 2024, 08:54

Qazaxıstanda sabiq daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb.

 

Modern.az xəbər verir ki, məlumatı Qazaxıstanın “Kazinform” agentliyi yayıb.

 

Turqumbayevin 2022-ci ilin yanvarında baş vermiş iğitaşaşlarla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ona qarşı açılmış cinayət işi çərçivəsində saxlanılıb.

 

Məlumatı ölkənin Baş Prokurorluğu da təsdiq edib.

 

Qeyd edək ki, Turqumbayev 2019-cu ildən 2022-ci ilin fevral ayına qədər ölkənin daxili işlər naziri olub. 2022-ci ilin yanvar hadisələrindən sonra tutduğu vəzifədən azad edilib. Daha sonra o, altı aya yaxın Qazaxıstan prezidentinin müşaviri olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ