Modern.az

Gimnastımız Azərbaycana tarixi medal gətirdi - FOTO

Gimnastımız Azərbaycana tarixi medal gətirdi - FOTO

Aktual

30 Aprel 2024, 08:47

İtaliyanın Rimini şəhərində kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatında iştirak edən Azərbaycan gimnastları vətənə qayıdıblar.

 

Modern.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Nikita Simonov halqalarla hərəkətlərdə Avropa çempionatında gümüş medal qazanıb. Bununla da N. Simonov Azərbaycanın kişi idman gimnastikası tarixində Avropa çempionatlarında əldə edilmiş ilk medalın sahibi olub.

 

Kişilərdən ibarət idman gimnastika komandasının üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, həmkarları, habelə ailə üzvləri və dostları qarşılayıblar.

 

Qeyd edək ki, aprelin 24-28-də Rimini şəhərində kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ