Modern.az

Asiya Parlament Assambleyasının komitə iclasında 7 qərar layihəsi təsdiqləndi

Asiya Parlament Assambleyasının komitə iclasında 7 qərar layihəsi təsdiqləndi

Parlament

22 Fevral 2024, 17:08

Asiya Parlament Assambleyasının qərar layihələri təsdiq edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı məsələ Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası çərçivəsində qurumun İqtisadi və davamlı inkişaf komitəsinin fevralın 22-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Beləliklə, müzakirələrdən sonra “Asiya enerji bazarının yaradılması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “İqtisadi artım üçün səyləri təmin edən maliyyə işləri haqqında”, “Yoxsulluğun aradan qaldırılması haqqında”, "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA parlamentlərinin rolu", “Asiyada hamı üçün su və kanalizasiya haqqında haqqında” və “Asiya iqlimi maliyyə təşəbbüsü haqqında” qərar layihələri təkliflər əsasında dəyişikliklərlə qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir