Modern.az

Milli Məclisin iclası başladı - Gündəlikdə 11 məsələ var

Milli Məclisin iclası başladı - Gündəlikdə 11 məsələ var

Parlament

23 Fevral 2024, 11:03

Bu gün Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçiriləcək.

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, gündəliyə 10 məsələnin müzakirəsi daxil edilib.

 

Həmin məsələlər aşağıdakılardır:

 

1. Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında

 

2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi

 

3. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

 

4. Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

 

5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

 

6. “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

 

7. “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

 

8. “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi

 

9. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)

 

10. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)

 

11. “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir