Modern.az

Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur - Komitə sədri

Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur - Komitə sədri

Parlament

29 Mart 2024, 13:33

Dünyanın heç bir ölkəsində qanunvericilik çərçivəsində pensiya yaşının azaldılmasına baxılmır. 


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev bildirib. 

 

O bildirib ki, bu gün dünyada uzunömürlülük artır.

 

"Pensiya yaşının azaldılması əvəzinə artırılması bu gün dünyada müzakirə olunur. Ona görə də azaldılması məsələsini gündəmə gətirəndə bunu nəzərə alasınız”, - deyə deputat bildirib.

 

Deputat xatırladıb ki, hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var.

 

"6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min nəfərə çatacaq, 2040-ci ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrünün uzanması ilə bağlı məsələlər gedir. Biz muzdlu qaydada çalışan insanların sayını artırmalıyıq. 5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb əməklə məşğuldur", - Musa Quliyev əlavə edib.

 

Qeyd edək ki, parlamentin bu gün keçirilən iclasında bəzi deputatlar pensiya yaşının azaldılmasını təklif edib. 


Deputat Sabir Rüstəmxanlı bildirib ki, bütün əhalinin təqaüd yaşına nəzər yetirmək lazımdır: "Veteranlar bizə məktub yazır ki, dövlət bizim təqaüd yaşımıza yenidən baxsın. Heç olmasa, onların təqaüd yaşlarını 62-ə salmaq olar. Qadınların təqaüdünə də baxmaq lazımıdır. Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir.  Deyirlər ki, Azərbaycan uzunömürlülər məskənidir, amma bu deyim artıq nağıllarda qalıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir