Modern.az

Ermənilər Şuşanı yenidən atəşə TUTDULAR

Ermənilər Şuşanı yenidən atəşə TUTDULAR

15 İyul 2021, 08:52

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.


Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.


Xatırladaq ki, Ordumuzun Şuşa şəhəri yaxınlığındakı mövqeləri iyulun 14-də də atəşə tutulmuşdu.

Bundan başqa, ötən gün Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində də Azərbaycan mövqelərini atəşə tutublar və nəticədə Azərbaycan Ordusunun bir hərbi qulluqçusu yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi