Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan yenidən silahlandırılır.
Modern.az xəbər verir ki, bu yaxınlarda Moskvada keçirilən "Ordu -2021" beynəlxalq hərbi-texniki əməkdaşlıq forumunda Ermənistan Rusiyanın müasir silahlarına maraq göstərib.
Müdafiə naziri Arşak Karapetyan AK-12 avtomatlarının, "Forpost" zərbə və kəşfiyyat dronlarının və s. alınmasına dair danışıqlar aparıb. Ermənistan ordusunda aparılan islahatlara dəstək çərçivəsində Moskvanın rəsmi Yerevana 100 milyon dollarlıq kredit ayırdığı bildirilir.
Rusiya Ermənistanın sonuncu Qarabağ müharibəsindən sonra darmadağın olunmuş hərbi potensialını bərpa etməkdə maraqlıdır.