Modern.az

Sülhməramlıların 62 maşını Laçın yolundan keçib

Sülhməramlıların 62 maşını Laçın yolundan keçib

28 Fevral 2023, 18:04

Rusiya sülhməramlı kontingentinə məxsus daha 3 avtomobil Laçın yolundan maneəsiz keçid edib.

 

Modern.az xəbər verir ki, avtomobillərin aksiya keçirilən ərazidən maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

 

Səhər saatlarından indiyədək aksiya ərazisindən ümumilikdə 62 maşın maneəsiz keçid edib.

 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

 

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 79 gündür davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir