Modern.az

Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq

Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq

Qarabağ

18 Mart 2024, 17:34

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonaları yaradılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, artıq bu istiqamətdə hazırlıq görülür, yaxın vaxtlarda sözügedən ərazilərdə layihələndirmə işləri aparılacaq.

 

Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Bunlar, Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" və Ağdam Sənaye Parkıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir