Modern.az

İqtisadi İnkişaf Nazirliyində vətəndaşların videoqəbulu

İqtisadi İnkişaf Nazirliyində vətəndaşların videoqəbulu

8 Fevral 2011, 17:30

İqtisadi İnkişaf Nazirliyində vətəndaşların videoqəbulu aparılır. Bildirilib ki, videoqəbulun təşkil edilməsində məqsəd vətəndaşların quruma müraciət etmək imkanlarını sadələşdirmək, xüsusilə də regionlarda və respublikadan kənarda yaşayanlar üçün nazirliyin inzibati binasına gəlmədən İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinə, eləcə də digər vəzifəli şəxslərinə birbaşa müraciət etmək imkanı yaratmaqdır.

Videoqəbul olunmaq istəyənlər www.economy.gov.az saytında "Nazirliklə canlı əlaqə" bölməsinə daxil olmalı (//economy.gov.az/videoalaqa/), bu bölmədə yerləşdirilmiş videoəlaqənin yaradılması və canlı bağlantı qaydaları ilə tanış olmalıdırlar.

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinə və Nazirliyin digər vəzifəli şəxslərinə müəyyən olunmuş qəbul günlərində canlı bağlantı vasitəsilə müraciət edə bilərlər. Qəbul günləri barədə məlumat İqtisadi İnkişaf Nazirliyinin  //www.economy.gov.az/ internet səhifəsində yerləşdirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?