Təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb.
Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, şagirdlərin tətil günlərinə dəyilməyəcək.
“Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur".
Qeyd edək ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.