Modern.az

Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI

Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI

Təhsil

13 May 2024, 09:40

AzEdu.az Təhsil Portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə, eləcə də tələbə olmaq istəyənlərə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını təqdim edir.

 

Modern.az-ın məlumatına görə, “Brend tələbə” lər ekspert komissiyasının hazırladığı meyarlar əsasında universitetlərlə birgə seçilir.

 

Şərtlərə əsasən, hər universitetdə professor-müəllim heyətinin, tələbə kəsiminin xüsusi simpatiyasını qazanan və meyarlara cavab verən 10 tələbə “Brend tələbə” hesab edilir.

 

MEYARLAR:

1. Universitetin ictimai həyatında aktivlik keyfiyyətləri;

2.Universitetə gətirdiyi yenilik, yeni çağrışlarla bağlı yanaşmaları;

3.Universitetin nüfuzunu yüksəldəcək ideyalarla çıxış etməsi;

4. Milli məsələlər, dövlətçilik mövqeyinin prinsipial şəkildə qorunması və beynəlxalq arenada dövlətini təmsil etməsi;

5. Nəzəriyyə ilə yanaşı, praktik səviyyədə inkişaf, ixtisası üzrə istehsalat göstəriciləri və analitik qabiliyyəti;

6. Beynəlxalq tələbə proqramlarında iştirak və səmərəlilik;

7. Liderlik keyfiyyətləri və bunun praktiki tətbiqi;

8. Xarici dil bilgisi, musiqi, idman bacarığı, dərsdənkənar aktiv məşğuliyyət və hobbilər;

9. Sosial şəbəkələrdə məqsədli və faydalı aktivlik dərəcəsi.


Beləliklə, 2022-2023-cü Tədris İlinin “Brend tələbə”lərinin siyahısını təqdim edirik.

 

“Brend tələbə”lər barədə universitetlər üzrə geniş məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.

 

Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Tibb Universiteti
Dövlət İdarəçilik Akademiyası
Bakı Ali Neft Məktəbi
Dövlət Gömrük Komitəsinin Akademiyası
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Bakı Slavyan Universiteti
Bakı Mühəndislik Universiteti
Azərbaycan Dillər Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti
Xəzər Universiteti 
Azərbaycan İlahiyyat İnstitutu
Azərbaycan Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
Mingəçevir Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Qərbi Kaspi Universiteti
Bakı Avrasiya Universiteti
Azərbaycan Texnologiya Universiteti
Gəncə Dövlət Universiteti

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ