Modern.az

Erməni təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblər

Erməni təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblər

3 Noyabr 2020, 16:38

Təhsil Nazirliyi Ermənistanın təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblərlə bağlı infoqrafika hazırlayıb.

 

Nazirlikdən Modern.az bildirilib ki, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.

 

Tərtərdə 14, Ağdamda 14, Gəncədə 8, Füzulidə 5, Kəlbəcər və Goranboyda 3, Yevlax, Bərdə və Ağcabədidə isə 1 məktəb binası dağıntılara məruz qalıb.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı