Modern.az

Narazı şagirdlərin yenidən qiymətləndirilməsi keçiriləcək - Şöbə müdiri

Narazı şagirdlərin yenidən qiymətləndirilməsi keçiriləcək - Şöbə müdiri

Təhsil

22 Yanvar 2021, 14:10

2020-2021-ci tədris ilinin birinci yarım illik qiymətlərindən narazı qalan şagirdlər qiymətlərinin yaxşılaşdırılması üçün yenidən qiymətləndirmədən keçə bilərlər.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.

 

Onun sözlərinə görə, bununla bağlı apelyasiya komissiyası fəaliyyət göstərəcək.

 

V.Yaqubova əlavə edib ki, belə şagirdlər fevralda əyani şəkildə qiymətləndirmədən keçə biləcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir