Modern.az

Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək

Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək

1 Mart 2021, 10:55

Martın 5-12-si III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirmə təşkil ediləcək.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.

 

7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunacaq. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçiriləcək.

 

Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir