Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi Kərəm İsmayılov 71 yaşında koronavirusdan vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Kərəm İsmayılov 1976-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirib. 1988-ci ildə AzTU-da işə qəbul olunub və 2021-ci ilə qədər voleybol üzrə məşqçi-müəllim vəzifəsində çalışıb.