Modern.az

Keçmiş baş nazir öldü

Keçmiş baş nazir öldü

9 Yanvar 2015, 13:54


Polşanın tanınmış siyasətçisi, keçmiş baş nazir və Seymin (parlamentin) sabiq spikeri Yuzef Oleksa uzunmüddətli xəstəlikdən sonra bu gün Varşavada dünyasını dəyişib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Oleksa bir neçə ildir xərçəng xəstəliyi ilə mübarizə aparırdı. Son illər vəziyyəti ciddi şəkildə pisləşib və siyasətçi 20 kiloqram arıqlayıb. Yanvar ayının əvvəlində Oleksa Varşavadakı Onkologiya Mərkəzinə yerləşdirilmişdi.

Yuzef Oleksa 1946-cı il iyunun 22-də Nova-Sonç şəhərində anadan olub. İqtisad elmləri doktoru idi. Siyasi karyerasına Polşa Birləşmiş İşçi Partiyasında başlayıb. Polşada transformasiya prosesi başlayandan sonra Demokratik Sol qüvvələr İttifaqının rəhbəri olub. 1995-1996-cı illərdə baş nazir olub, iki dəfə Polşa Seyminin spikeri seçilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı