Modern.az

İki Koreya arasında gərginlik artır

İki Koreya arasında gərginlik artır

Dünya

Bugün, 08:46

Cənubi Koreya Şimali Koreyanın sərhəd boyunca əlavə hərbi qüvvə və silahlar yerləşdirmək təhdidlərinə sərt reaksiya verib.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Rəsmi Seul bildirib ki, Pxenyan sərhəd bölgəsində hərbi fəallığını artıracağı təqdirdə qəti cavab tədbirləri görüləcək.

Cənubi Koreya Müdafiə Nazirliyi Şimali Koreyanın əlavə taktiki hücum silahları yerləşdirmək və sərhəddə səsgücləndiricilər vasitəsilə yayımları bərpa etmək niyyətindən ciddi narahatlıq ifadə edib.

Seul sərhəd xəttində xəbərdarlıq atəşlərinin və digər müdafiə tədbirlərinin qanuni xarakter daşıdığını vurğulayıb.

Qarşılıqlı ittihamlar Koreya yarımadasında hərbi toqquşma riskləri ilə bağlı narahatlığı artırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərdar Cəlaloğlu Mehdiyevin məhkəməsindən danışdı - Divanda uzanıb...