Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə 3-5 sentyabr aralığında Neft daşlarında könüllü qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, aksiya zamanı 360 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.