24 noyabr 2017, Cümə
Ana Səhifə - Yazılar - Rusiyanın keçəl HƏMZƏSİ
Rusiyanın keçəl HƏMZƏSİ
11.06.2017, 17:33

Namidə BİNGÖL

 

Yola saldığımız həftə qatarda yol ölçən təkcə Qətər olmadı. Bir çoxları rolunun öhdəsindən gəlsə də, digərləri qatarı vaxtsız tərk etmək durumu ilə üzləşdi.

 

Həftənin hesabatını təqdim edirəm.

 

Qətərə “baş vuranlar”

 

Nə kəramətdirsə, ilin-günün bu vaxtı “qarışqalar” gözə dəymir. Meydanda ancaq “fillər” at oynadır. Yəni bir-birinə rəqib olan fillərin və atların mübarizəsi şahmat taxtasından birbaşa dünya arenasına təhvil verilib. İndi kişnəyən dövlətin səsini kəsməyə nə var ki! Elə ki səsini çıxardı, nəhəng fillərin xortumunda çapalaya-çapalaya çıxış yolu axtarır.

 

Yola saldığımız həftə dünyanın gözü Qətərə dikildi. O Qətərə ki, heç vaxt pulunu balta kəsə bilməyib.

 

Körfəz ölkəsi olan Qətər sərvət ölkəsi kimi tanınır. Sərvətlərindən əldə olunan vəsaitlərlə təkcə ölkəsinin üstünü bəzəmir, həm də içini zənginləşdirir. Elmin, incəsənətin yolunda vəsait xərclənməsinə xəsislik etmir. Digər tərəfdən hərrac keçirilən istənilən dünya ölkəsində bir qətərli mütləq gözə dəyməlidir. Harda ki, İslam incəsənətini, tarixini əks etdirən əşyalar var, qətərlilər bunları öz ölkələrinə alıb aparır.

 

Bir sözlə, Qətərə hansı bucağından baxsan möhtəşəmlik, cah-cəlallıq, tükənməz sərvət dünyanın nökərindən tutmuş zadəganına qədər hamını ayağına çağırırdı. Gəl də bu körfəz ölkəsinə baş vurma...

 

İndi də dünya ölkələri Qətərə “baş vurur”. Bu dəfə vurulan başı əzmək missiyası hədəf olaraq seçilib. Yəni dünya ölkələrinin başı Qətər ətrafında elə-belə toqquşmur.

May ayında Səudiyyə Ərəbistanında keçirilən Ər-Riyad sammitinə Qətər də qatılmışdı. Bilsəydi ki, səfərin yekunu olaraq şər diplomatiyasının qurduğu tələyə düşəcək, yəqin ki, vaxtında başına çarə qılardı. Yoxsa ki, Səudiyyə Ərəbistanının göbəyində oturub İranla əlaqələrin qurulmasına dair çağırış etmək nəyə gərək idi?! Bilə-bilə ki, Səudiyyə Ərəbistanı İran dövlətinin siyasətini pisləyir, sən də bunu xəbər saytında yerləşdirib dünyaya bəyan edirsən.  

 

İnsanlar kimi dövlətlərin də xarakteri gizli cərəyan edir. Qətərin xarici işlər nazirliyi  informasiyanın əmirin adından hakerlər tərəfindən sayta yerləşdirildiyini and-aman etsə də, inanan bir Allah dövləti tapılmayıb. Heç terrorizmin təbliğini pisləyən  dövlətlər Qətərin and-amanına bel bağlayarlarmı?!

 

Ərazi və dil yaxınlığı ilə seçilən ərəb dövlətləri sözü bir yerə qoyub Qətəri boykot ediblər. Bu, İslam ölkələrinin “həmrəyliyidir”. Həm də dünya ölkələrinə  bir “nümunədir”. Deyəsən, Səudiyyə Ərəbistanında gerçəkləşən Sammitin şüarı da təsadüfi seçilməyib. “Birlikdə güclüyük” mesajı verməklə qardaş qırğınına şərait yaratdığı ortadadır.

 

Bu tərəfdən də Birləşmiş Ərəb Əmirliyi Barselona klubunun formasını geyinənləri həbs edəcəyini bildirib. Nə var nə var Qətər hava yolları (“Qatar Airways”) Barselona klubuna sponsorluq edir. Əmirlik ölkəsində bu forma ilə gəzənləri görsə 15 illiyinə həbs edəcək.

Qətərin İranla dostluq sevdasına düşməsi ərəb dövlətlərini cin atına mindirməsə yaxşıdır. Belə görünür ki, Qətərlə diplomatik əlaqələri kəsən dövlətlər üçün qardaşlıq əlaqələrini kəsmək heç də uzaqda deyil. Allah gecindən versin!

 

Lavrovun avazı yaxşı gəlir, amma...

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ara-sıra nümunəvi addımlar atdığını zənn edir. Elə ki, masaya Qarabağ məsələsi qoyuldu, Rusiyanın iştahı bir az da artır və bir neçə günlük boş vədlərlə gündəmi zəbt edir.

Rusiyalı nazir tələbələr qarşısında çıxışı zamanı Qarabağdan danışıb. Münaqişənin yalnız danışıqlar yolu ilə mümkün ola biləcəyini söyləyib. ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Rusiya Qarabağ məsələsində çox “ədalətli” qərarlar verir. Ona görə də 20 ildən artıqdır ki, münaqişəyə yekun vura bilmirlər. Sergey Lavrov isə hələ də işlərin davam etdirilməli olduğunu tələbələrə məruzə edir. Həmsədr ölkə olan Rusiyanın etmədiyini Lavrovmu edəcək?! Nə isə...Lavrovun avazı yaxşı gəlir, bircə oxuduğu Quran olsa...

 

Nalbandyanın “böhtan maşını”

 

Yola saldığımız həftə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan İtaliyaya səfər edib. İtalyan həmkarı ilə keçirdiyi mətbuat konfransı Nalbandyanı pis duruma salıb. Daha doğrusu, rusiyalı jurnalistin sualı qarşısında çaş-baş qalıb. “İşğal etdiyiniz Qarabağ torpaqlarından nə vaxt çıxacaqsınız” sualı qaydaları dəyişib. Erməni nazir hiddətləndiyindən cavabı da kəskin olub.“Sualı yazan şəxs üçün çox təəssüflənirəm. Yəqin bu sual ya redaksiyada, ya da Bakıda yazılıb”

 

Həə, erməni nazir bilir ki, xalq və dövlət olaraq özgə qapısından hər zaman pay umublar. Quyruqları qapı arasında qalanda “Putin qardaş, kömək elə, evimiz yıxılır” deyib aləmə səs salırlar. Regionun Qarabağ münaqişəsi illərdir ki, erməni taktikasına adət edib. Cənubi Qafqazda 2 ballıq zəlzələ olanda ermənilərin ayağı “havada oynayır”.

 

“Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” Bu üzdən də Nalbandyanın  rusiyalı jurnalistə sualın Bakıda yazılması ilə bağlı iradı başadüşüləndir. Hiddət doğuran sualda özünü görmək ən böyük bədbəxtlikdir. Bir halda ki, buna bir dövlət adət edibsə, deməyə başqa söz qalmır. Güman ki, Nalbandyan hələ bir neçə ay yuxularında Rusiya kimi dayaqlarını itirdiyini görəcək. Qəfil yuxudan oyanacaq. Düzü, narahatlığa əsas da yoxdur. Ermənilər tarixən Rusiyanın keçəl Həmzəsi olub. Hər halda, Rusiya vasitə olaraq “keçəl Həmzəsi”ni itirmək istəmir.

Ermənilər isə tarixdən üzü bəri plan toxumaqla məşğuldur. Haqlı durumla üz-üzə qalanda böhtan maşınını işə salırlar. Sonra da üyüt, üyüdə bildikcə...

 

 

 

 

 


SON XƏBƏR
Ermənistan atəşkəsi 122 dəfə pozdu
24.11.2017, 09:28

Ermənistan atəşkəsi 122 dəfə pozdu

İslamda rəsm çəkmək qadağası aradan götürülüb - MÖVQE
24.11.2017, 09:23

İslamda rəsm çəkmək qadağası aradan götürülüb - MÖVQE

Azərbaycanlı jurnalist Almaniyadan sığınacaq istədi   
24.11.2017, 09:20

Azərbaycanlı jurnalist Almaniyadan sığınacaq istədi  

Fəzail Ağamalı partiyasının üzvlərini təbrik etdi   
24.11.2017, 09:18

Fəzail Ağamalı partiyasının üzvlərini təbrik etdi  

Ermənistan dünyada yeganə mono-etnik dövlətdir   
24.11.2017, 09:08

Ermənistan dünyada yeganə mono-etnik dövlətdir  

AvroLiqada 5-ci tur - Bütün NƏTİCƏLƏR
24.11.2017, 08:40

AvroLiqada 5-ci tur - Bütün NƏTİCƏLƏR

Saatlı rayonunda zəlzələ oldu   
24.11.2017, 08:33

Saatlı rayonunda zəlzələ oldu  

Rusiyada ÜAK-ın yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılır
24.11.2017, 08:30

Rusiyada ÜAK-ın yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılır

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ
24.11.2017, 08:23

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

Sualtı qayığın yoxa çıxdığı ərazidə güclü partlayış
24.11.2017, 01:00

Sualtı qayığın yoxa çıxdığı ərazidə güclü partlayış

Daha bir şəhər İŞİD-dən təmizləndi
24.11.2017, 00:42

Daha bir şəhər İŞİD-dən təmizləndi

“Yerə sərilən çılpaq, ölü qadını canlı bir yavru əmməkdədir...”-Rəsulzadənin soyqırımı harayı
24.11.2017, 00:28

“Yerə sərilən çılpaq, ölü qadını canlı bir yavru əmməkdədir...”-Rəsulzadənin soyqırımı harayı

Yaponiyada zəlzələ oldu
24.11.2017, 00:13

Yaponiyada zəlzələ oldu

Azərbaycanla həmsərhəd ərazidə silahlı insident: Deputat öldü, Yenilənib
23.11.2017, 23:58

Azərbaycanla həmsərhəd ərazidə silahlı insident: Deputat öldü, Yenilənib

Azərbaycan nefti bahalaşdı
23.11.2017, 23:43

Azərbaycan nefti bahalaşdı

İlham Əliyev Poroşenko ilə görüşdü - Yenilənib,  Fotolar
23.11.2017, 23:28

İlham Əliyev Poroşenko ilə görüşdü - Yenilənib,  Fotolar

Məşhur futbolçu həbs edildi
23.11.2017, 23:18

Məşhur futbolçu həbs edildi

Şimal bölgəsində çörək ucuzlaşdı
23.11.2017, 23:01

Şimal bölgəsində çörək ucuzlaşdı

4 xanıma tabe olan böyük sərkərdə - Stalinin çəkindiyi MARŞAL JUKOV…
23.11.2017, 22:46

4 xanıma tabe olan böyük sərkərdə - Stalinin çəkindiyi MARŞAL JUKOV…

Bakı metrosunda təhlükə - Video
23.11.2017, 22:27

Bakı metrosunda təhlükə - Video

Məmur sükan arxasında dünyasını dəyişdi
23.11.2017, 21:59

Məmur sükan arxasında dünyasını dəyişdi

"Azərbaycanla təmasları genişləndiririk" - Estoniya prezidenti
23.11.2017, 21:29

"Azərbaycanla təmasları genişləndiririk" - Estoniya prezidenti

195 sahibkara güzəştli kredit verildi
23.11.2017, 21:14

195 sahibkara güzəştli kredit verildi

Dağıstandakı ağır qəzada 5 nəfər öldü
23.11.2017, 20:57

Dağıstandakı ağır qəzada 5 nəfər öldü

Türkiyədə komendant saatı tətbiq edildi
23.11.2017, 20:43

Türkiyədə komendant saatı tətbiq edildi

Ermənistan Qarabağda hərbi  təlimləri davam etdirir
23.11.2017, 20:27

Ermənistan Qarabağda hərbi  təlimləri davam etdirir

Avropanın ”ikili standartları"- Bu dəfə "Qarabağ"a qarşı
23.11.2017, 20:14

Avropanın ”ikili standartları"- Bu dəfə "Qarabağ"a qarşı

İctimai Komitəyə yeni koordinator seçildi
23.11.2017, 20:01

İctimai Komitəyə yeni koordinator seçildi

Axtarışda olan şəxs ölkəni tərk edərkən tutuldu
23.11.2017, 19:51

Axtarışda olan şəxs ölkəni tərk edərkən tutuldu

Avropa Birliyindən  Bakı və Yerevana ÇAĞIRIŞ
23.11.2017, 19:01

Avropa Birliyindən  Bakı və Yerevana ÇAĞIRIŞ

Millimiz FİFA reytinqində 2 pillə yenə gerilədi
23.11.2017, 18:53

Millimiz FİFA reytinqində 2 pillə yenə gerilədi

Çavuşoğlu: "Türkiyə NATO-dan uzaqlaşıb, Rusiyaya doğru getmir"
23.11.2017, 18:44

Çavuşoğlu: "Türkiyə NATO-dan uzaqlaşıb, Rusiyaya doğru getmir"

Hesablama Palatası Turizm İdarəsində nöqsanlar aşkarladı
23.11.2017, 18:30

Hesablama Palatası Turizm İdarəsində nöqsanlar aşkarladı

Rusiyada azərbaycanlı tələbə döyülərək öldürülüb
23.11.2017, 18:23

Rusiyada azərbaycanlı tələbə döyülərək öldürülüb

Rusiya XİN-i Qarabağla bağlı AÇIQLAMA verdi
23.11.2017, 18:04

Rusiya XİN-i Qarabağla bağlı AÇIQLAMA verdi

ARXİV