Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrini texniki baxışdan keçirir. Modern.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin diaqnostika-müayinə mərkəzində texniki baxışa gətirilən nəqliyyat vasitələri bir neçə yoxlamadan keçirilir. BDYPİ-dən verilən məlumata görə, mərkəzdə avtomobilin xarici görkəmi, işıq sistemi və idarəetmə mexanizmində olan problemləri aşkar etmək üçün cihazlar quraşdırılıb. Hazırda diaqnostika-müayinə mərkəzində gün ərzində 120-130 avtomobil texniki baxışdan keçir. Texniki baxış 10 ay ərzində aparılır. Sürücülərin vaxt itkisinə yol verməmək üçün qəbul cədvəllərə bölünüb. Noyabrın 1-də texniki baxış müddəti ötdükdən sonra avtomobillərini texniki baxışa gətirən şəxslər inzibati qaydada cərimə ödəməlidirlər.