23 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - Yazılar - Kişi olun...
Kişi olun...
20.12.2017, 14:34

Elşən Musayev,
Milli Məclisin deputatı

Bilmirəm diqqət eləmisiz ya yox, amma bütün cavanlığı boyunca öz kef - damağında olan, zaman-zaman səhlənkırlaqları ard-arda sıralayan, ailəsini, uşaqlarını ahıl yaşına qədər görməzdən keçən kişilər yaş 60-ı ötən kimi olurlar mələk. Sözün gerçək anlamında. Xanımlarının bir addımlığından çəkilmirlər, onların başına hərlənirlər, hər yerdə müdafiəsinə qalxırlar, hətta uşaq nəsə səhv edib ananın üzünə qayıdanda: “Bura bax, anan nə deyirsə odur, mənə nəsə deyə bilərsən, amma anana, əsla! Ananın qədrini hamıdan çox bilməlisən”- tipli moizələr oxumağa başlayırlar, hətta çörək almağa belə tək getmirlər, çox vacib iş olmasa evdən bayıra çıxmırlar və s.

Qadınları da Allah sadəlöhv yaradıb. Anındaca bağışlayırlar. Unudurlar olub-keçənləri. Məsələn, uşağın ayaqqabısı cırıq olduğu halda atanın ayaqqabı almaq əvəzinə gedib pul xərclədiyi kef məclislərini. Kuryoz da budur. Olmasın belə səmimilik. Kişi tərəfdən deyirəm. Bəli, olmasın. Məhz səmimilik. Çünki artistlik eləmirlər, həqiqətən yaşlı vaxtında qadınlarının qədrlərini bilirlər, keçmişdəki səhvləri anlayırlar. Amma sadəcə anlamaq fırlanıb 3 “kruq” edəndən sonra yenidən cəfakeş ər, ata havasına girmək üçün yetərlidirmi? Abır deyilən bir şey yoxmu?

Köhnə kişilər adətən indiki cavanları qınayırlar ki, arvada söz keçirdə bilmirsiz, bizim vaxtımızda bilirsiz necə idi, sözümüzün kəsəri nə idi?. Oysa, kimsə söz-zad keçirməyib. Analar olub fədakar. Xoşbəxt olanda da xoşbəxt kimi görünməyə məcbur ediliblər, bədbəxt olanda da. Boşanan adamın üstündə bir kəndin, bir qəsəbənin, bir nəslin damğası, yükü, ağrısı daşınıb deyə intihar həddinə çatanda belə qadın boşanmağa ehtiyat edib. Atanın və qardaşın camaat içində rahat gəzməsi bir xanımın, bir ananın hər gecə ağlamasından, davamlı ürək dərmanı içməsindən, ərinin həyatındakı qadınları kor eynəyi taxaraq görməzdən keçməsindən daha ağır gəlib. Yəni hətta evdə söz keçibsə belə, qarşıdakının həvəssizliyindən, gücsüzlüyündən keçib. Hörmət və ehtiramdan deyil.

Kasıblıq və varlılıq həm də bəxt məsələsidir. Razıyam. Amma indinin kişiləri əvvəlki dövrlərdə olduğu kimi: “Evində kartofun, soğanın var bəsindir də”- deyib arvadı borclu çıxara bilməz. Qadın ən yaxşı halda onu anlayar, dəstək verər, ümidlə gələcəkdə hər şeyin yaxşı olacağına inanar. Fəqət elədiyi fədakarlıqların qarşısında borclu çıxarılmağına imkan verməz. Əsla!.Düz də edər. Və ya indi heç bir kişi arvad mətbəxdə yemək düzəldib qab yuyarkən özü qonaq otağında dostlarla: “Əsas adamın ürəyidi, o təmiz olsun, qalan hamısı boş şeydir” ya da nə bilim “Ata əlini oğulun çiyninə qoydu, oğul şir oldu-falan oldu”– söhbətlərini xırdalaya bilməz. Ürəyin təmizdirsə qonağı qadınınla qarşıla, qadınınla otur, qadınınla bərabər söhbət elə. Ona qulluqçu kimi baxma, qadının kimi bax. 
Ata çiyninə gəlincə isə….bəzi anaların çiyni bəzən bütün nəsildəki kişilərin çiyinlərdən daha güclü olub. Zaman-zaman.

Əlqərəz, mən 60-dan sonra evinin kişisi olmağa cəhd edənləri hər zaman anlamazdan keçdim. Arada ha istədim bir-iki arqument tapıb onlara haqq verim, amma alınmadı. Məncə oğul odur ki, kef etməyə imkanı olan, vurub-dağıdan, çöhrələnən, inkişaf edən, pütələşən vaxtının yaxşı kişisi, atası, əri olsun.

Ondansa 60-a qədər yaxşı kişi olun. Canım üçün ondan sonra arvad da, uşaq da özü deyər ki, get kefinə, istirahətinə bax. Haqqındır.

 


Müəllifin digər yazıları
SON XƏBƏR
Komissiya daha 13 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyünü aşkarladı
23.10.2018, 12:10

Komissiya daha 13 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyünü aşkarladı

Məktəblərdə cinsi tərbiyə dərsliyi tədris olunacaq? - Nazirlikdən AÇIQLAMA   
23.10.2018, 12:09

Məktəblərdə cinsi tərbiyə dərsliyi tədris olunacaq? - Nazirlikdən AÇIQLAMA  

Nazir Mikayıl Müşfiqin məzarından DANIŞDI: “Bu məsələyə həssaslıqla yanaşaq”   
23.10.2018, 11:55

Nazir Mikayıl Müşfiqin məzarından DANIŞDI: “Bu məsələyə həssaslıqla yanaşaq”  

Nəcməddin Sadıkov İsrailə getdi
23.10.2018, 11:50

Nəcməddin Sadıkov İsrailə getdi

“Maşını sürməyə hazırlaşırdım ki, polislər gəlib içkili olduğumu dedilər” - Vəkil
23.10.2018, 11:44

“Maşını sürməyə hazırlaşırdım ki, polislər gəlib içkili olduğumu dedilər” - Vəkil

Milli qəhrəmanlarımız İtaliya və Ukrayna “Vikipediya”sında   
23.10.2018, 11:43

Milli qəhrəmanlarımız İtaliya və Ukrayna “Vikipediya”sında  

Qəbələdə zəlzələ olub
23.10.2018, 11:34

Qəbələdə zəlzələ olub

Gələn il deputatlarının maaşına bu qədər pul ayrılacaq
23.10.2018, 11:30

Gələn il deputatlarının maaşına bu qədər pul ayrılacaq

Test imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ
23.10.2018, 11:28

Test imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ

Qurban Qurbanov 48 pillə gerilədi
23.10.2018, 11:28

Qurban Qurbanov 48 pillə gerilədi

Sürücülərin nəzərinə: Bu yolda rənglənmə işləri aparılacaq
23.10.2018, 11:22

Sürücülərin nəzərinə: Bu yolda rənglənmə işləri aparılacaq

Bakıda piyadanı vurub qaçan şirkət sürücüsü tutuldu
23.10.2018, 11:19

Bakıda piyadanı vurub qaçan şirkət sürücüsü tutuldu

DİN əməliyyat keçirdi: 19 nəfər saxlanıldı
23.10.2018, 11:11

DİN əməliyyat keçirdi: 19 nəfər saxlanıldı

Azərbaycanda son 10 ilin ən isti oktyabrı yaşanır 
23.10.2018, 11:06

Azərbaycanda son 10 ilin ən isti oktyabrı yaşanır 

Bu günə gözlənilən hava proqnozu
23.10.2018, 10:51

Bu günə gözlənilən hava proqnozu

Baş nazirdən YENİLİK
23.10.2018, 10:46

Baş nazirdən YENİLİK

Sürüşmə zonasında gərginlik qalmaqdadır - NAZİRLİK
23.10.2018, 10:22

Sürüşmə zonasında gərginlik qalmaqdadır - NAZİRLİK

“Lotu Quli” Türkiyədə yenidən saxlanıldı
23.10.2018, 10:21

“Lotu Quli” Türkiyədə yenidən saxlanıldı

Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş olundu
23.10.2018, 10:09

Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş olundu

Kapital Bank SIBOS sərgisində iştirak edir
23.10.2018, 10:07

Kapital Bank SIBOS sərgisində iştirak edir

Ermənistan cəbhədə təxribata ara vermir
23.10.2018, 09:41

Ermənistan cəbhədə təxribata ara vermir

Bakıda eşşək ferması açıldı - Yarım litr uzunqulaq südünün qiyməti...
23.10.2018, 09:24

Bakıda eşşək ferması açıldı - Yarım litr uzunqulaq südünün qiyməti...

Məşhur diplomatlardan Dövlət Komitəsi ilə bağlı AÇIQLAMALAR   
23.10.2018, 09:20

Məşhur diplomatlardan Dövlət Komitəsi ilə bağlı AÇIQLAMALAR  

İlham Əliyevin robot “Sofiya” ilə söhbəti - VİDEO
23.10.2018, 08:56

İlham Əliyevin robot “Sofiya” ilə söhbəti - VİDEO

Bu gün Çempionlar Liqasında 3-cü tur başlayır - TƏQVİM   
23.10.2018, 08:28

Bu gün Çempionlar Liqasında 3-cü tur başlayır - TƏQVİM  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ 
23.10.2018, 08:12

Manat və dolların bugünkü MƏZƏNNƏSİ 

Məktəbdən partlamamış sursatlar tapılıb
23.10.2018, 00:58

Məktəbdən partlamamış sursatlar tapılıb

Bakıda avtobus evin tək qızını vurub öldürdü - VİDEO
23.10.2018, 00:43

Bakıda avtobus evin tək qızını vurub öldürdü - VİDEO

Həbsxanadan qaçan şəxs 11 nəfəri bıçaqladı
23.10.2018, 00:27

Həbsxanadan qaçan şəxs 11 nəfəri bıçaqladı

ABŞ buna səbr etməyəcək . . .
23.10.2018, 00:13

ABŞ buna səbr etməyəcək . . .

Azərbaycan nefti bahalaşdı
22.10.2018, 23:51

Azərbaycan nefti bahalaşdı

Prezidentliyə namizəd azərbaycanlıların problemlərini öyrəndi
22.10.2018, 23:37

Prezidentliyə namizəd azərbaycanlıların problemlərini öyrəndi

Azərbaycanlı fristaylerlər ilk dəfə olaraq Avropa çempionatında
22.10.2018, 23:24

Azərbaycanlı fristaylerlər ilk dəfə olaraq Avropa çempionatında

Leyla Əliyeva II gənclər sərgisində - FOTOLAR   
22.10.2018, 23:13

Leyla Əliyeva II gənclər sərgisində - FOTOLAR  

Tanınmış fizikin əşyaları onlayn satışa çıxarılır
22.10.2018, 22:56

Tanınmış fizikin əşyaları onlayn satışa çıxarılır

Türkiyə Ər-Riyad ilə münasibətlərin pisləşməsini istəmir
22.10.2018, 22:44

Türkiyə Ər-Riyad ilə münasibətlərin pisləşməsini istəmir

Universitetdə qarşıdurma
22.10.2018, 22:41

Universitetdə qarşıdurma

Heydər Əliyev Fondunun tikdirdiyi körpələr evi-uşaq bağçası istifadəyə verildi - YENİLƏNİB, FOTO
22.10.2018, 22:27

Heydər Əliyev Fondunun tikdirdiyi körpələr evi-uşaq bağçası istifadəyə verildi - YENİLƏNİB, FOTO

Azərbaycanlı avtoritetin qətl anı – VİDEO 18 +
22.10.2018, 22:16

Azərbaycanlı avtoritetin qətl anı – VİDEO 18 +

Qanunsuz ağac kəsimi aşkarlandı
22.10.2018, 22:09

Qanunsuz ağac kəsimi aşkarlandı

JTI şirkəti Azərbaycanda yubiley su təchizatı layihəsini həyata keçirdi
22.10.2018, 22:00

JTI şirkəti Azərbaycanda yubiley su təchizatı layihəsini həyata keçirdi

Dəhşətli qatar qəzasının baş verdiyi an - VİDEO
22.10.2018, 21:59

Dəhşətli qatar qəzasının baş verdiyi an - VİDEO

Azərbaycanda 9 ayda 458 avtomobil istehsal olunub
22.10.2018, 21:46

Azərbaycanda 9 ayda 458 avtomobil istehsal olunub

“Qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının çeşidi isə 2,6 dəfə artıb” - Şahin Mustafayev
22.10.2018, 21:33

“Qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının çeşidi isə 2,6 dəfə artıb” - Şahin Mustafayev

Şagirdlər bıçaq davasına çıxdı
22.10.2018, 21:23

Şagirdlər bıçaq davasına çıxdı

Xiaomi “Mi 8 Lite” modelinin qabiliyyətini yüksəldir
22.10.2018, 21:09

Xiaomi “Mi 8 Lite” modelinin qabiliyyətini yüksəldir

45 böyük aqroparkın yaradılması nəzərdə tutulur
22.10.2018, 20:58

45 böyük aqroparkın yaradılması nəzərdə tutulur

51 dövlət əmlakı özəlləşdirilir
22.10.2018, 20:45

51 dövlət əmlakı özəlləşdirilir

Bakıda kirpi ətinin verilməsi ilə bağlı rəsmi açıqlama - VİDEO
22.10.2018, 20:29

Bakıda kirpi ətinin verilməsi ilə bağlı rəsmi açıqlama - VİDEO

"Astana üçlüyü" Moskvada görüşür
22.10.2018, 20:15

"Astana üçlüyü" Moskvada görüşür

ARXİV