17 noyabr 2018, Şənbə
Ana Səhifə - Yazılar - Yanlışlıq, savadsızlıq, oğurluq
Yanlışlıq, savadsızlıq, oğurluq
06.09.2018, 13:20

Hidayət Elvüsal

Söhbətə Dədə Şəmşirin “Ay qız” rədifli gəraylısına mərhum bəstəkarımız Bəhram Nəsibovun bəstələdiyi musiqi ilə başlamaq istəyirəm. Onu da bilirəm ki, Bəhram müəllim o mahnını bəstələrkən sözləri eyni ilə saxlamışdı və biz bunu dəfələrlə eşitmişdik. Sizi yormayım. Mahnı belə başlanır:

 

Niyə məndən GEN gəzirsən,

Dolanırsan GENdən, ay qız?

 

Yox! Şeir belə deyil! Dədə Şəmşir kimi bir qələm sahibi EYNİ mənanı verən EYNİ sözü, nəinki qonşu misrada, heç qonşu bənddə də işlətməyib. Bəs, bu misraların orijinalı necədir? Əslində belədir:

 

Niyə məndən YAN (!!!) gəzirsən,

Dolanırsan GENDƏN, ay qız?

 

Yəni söz sərrafı EYNİ mənanı verən EYNİ sözdən yox, eyni mənanı verən SİNONİMDƏN istifadə edib.

Ola bilsin ki, kimsə “kitabda belədir” desin. Əzizim, o şeiri kitaba salan, oxuyan, redaktə edən bizik. Səhv edə bilmərik? Gözümüzdən qaça bilər. Sadəcə olaraq, mütaliəmizdən, biliyimizdən, dünya görüşümüzdən istifadə etsək, belə yanlışlıq olmaz.

Elə buradaca gözəl qəzəlxanımız Əliağa Vahiddən də söz açmaq yadıma düşdü. Neçə illərdir ki, xanəndələr onun qəzəllərini ifa edirlər. Amma şəxsən mənə qəribə gələn bəzilərinin nə oxuduqlarının bilməməsidir. Onun məşhur “Sən əgər olmasan, ey gül, mənə canan kim olar?” misrası ilə başlanan qəzəl bir beytdə düzgün oxunmur. Bəli, kitabda da belədir. Amma məntiqə baxsaq görərik ki, çap zamanı xətaya yol verilib:

 

Sevir aləm səni BİR (!!!) gözlərinin xatirinə,

Yoxsa TƏK (???) zülfün üçün bunca pərişan kim olar?

 

Fikir verirsizmi? Məntiq pozulub. Bəs, əslində bu beyt Vahidin qələmindən necə süzülüb:

 

Sevir aləm səni HƏM (!!!) gözlərinin xatirinə,

Yoxsa TƏK (!!!) zülfün üçün bunca nəfisi kol olar.

 

Gördüyünüz kimi, sözlər yerlərinə oturdu. Yəni “aləm səni yalnız zülfün üçün sevmir, səni həm də (!) gözlərin gözəldir”. Bax, heç şübhəsiz ki, bu beytin orijinalı məhz belədir və xanəndələr bu qəzələ müraciət edərlərsə, Vahidin yazdığı kimi oxumaları məsləhətdir.

Düzdür, bəzən şeirdəki bəzi ifadələr musiqiyə uyğun gəlmir. O zaman bəstəkar mütaliəsindən, ədəbi savadından istifadə etmək məcburiyyətində qalır. Bir ifadəyə görə şeirdən əl çəkmək istəmir. Bax, o zaman mənasına xələl gətirmədən, bir uyğunluq, musiqi ilə “barış” əldə etmək mümkündür. Böyük şairimiz Məmməd Arazın sözlərinə musiqi yazmış Razim Paşayev məhz belə də edib və bu mahnı indiyə qədər öz təravətini itirməyib:

 

Səndən mənə bir ömürlük xatirə,

Məndən sənə nə qalacaq, bilmirəm.

 

Əslində isə orijinalda “bilmirəm” yox, “nə bilim”dir. Amma ifa zamanı bu “parçalı” söz dildə “maneə” yaratdığından, bəstəkar “bilmirəm”lə əvəzləyib, mahnıya və ifaçıyv rahatlıq gətirib. Yadımdadır, Məmməd müəllim də mahnını çox bəyənmiş və bəstəkarın bu “ərköyünlüyünü” hətta təqdir eləmişdi. Yəni belə “düzəlişlər” yolveriləndir. Mənanı itirmir, şeirə xələl gətirmir, onu musiqidə daha çox çevdirir.

Amma həmişə belə olmur.

Məhərrəm Həsənov adlı bir xanəndə var. İnsafən səsi-avazı normaldır. Amma bu Məhərrəm sözlərin başında turp əkməklə də məşhurdur. O, Zeynəb xanım Xanlarovanın repetuarından “Ya bir olar, ya iki” mahnısını lentə aldırıb. Bir TV-nin layihəsi olan “Təbiətin qoynunda” ifalar seriyasında da təqdim olunur. Amma elə mahnı başlarkən, yəni:

 

İsmi-pünhan, niyə məndən küsübsən?

Dost mehriban ya bir olar, ya iki…

 

misralarında bu Məhərrəm təzə dil, ifadə “kəşf” eləyib. Molla Cumanın yazdığına elə “düzəliş” edib ki, kişi sağ olsaydı, ürəyi partlayardı. Məhərrəm belə oxuyur:

 

İsmi-pünhan, niyə məndən küsübsən,

Dost mehriban ya bir… YA OLAR İKİ (???)

 

Bu nə deməkdir? “Ya olar iki” nə deməkdir, Məhərrəm? Bu, hansı dil qanunudur? Yaxşı, sənin vecinə deyil, savadın-filanın bu gündə. Bəs, bu ifanı qəbul edib, yayınlayan TV-də nə düşünüblər? Doğrudanmı Azərbaycan türkcəsini bilən birisi tapılmayıb ki, Məhərrəmə “ya olar iki” dilə hörmətsizlikdir, savadsızlıqdır desin. Rəhmətlik Əliağa Vahidin başqa misraları yada düşür:

 

…Çal musiqinin böyrünə min zərb ilə tişə,

Şeirin, qəzəlin qol-qanadın sındır həmişə.

Dəryada üzüb, anlama  dərin, ya dayazdır,

Xanəndəsən, oğlan, avazın “yaxşı avazdır”.

 

Əməkdar artist Yusif Mustafayevin oxuduğu “Dağlarda-dağlarda” aşıq musiqisi ruhunda təqdim olunub. Sözləri isə… bərbaddır. Açığını desək - oğurluqdur, plagiatdır. Mikayıl Azaflının məşhur “Qoynunda-qoynunda” şeirindən, götürülmüş bir intonasiya, qafiyə bazarlığıdır. Azaflının “qoynunda-qoynunda”  rədifinin əvəzinə “dağlarda-dağlarda” yazmaqla heç nəyə nail ola bilməzsən. Bir bənd isə Məmməd Aslanın “Mənim ürəyimdə” şeirindən əməlli-başlı oğurlanıb. M.Aslanda belədir:

 

Orda neçə şirin dastan,

Varaqlanar zaman-zaman.

Leyli-Məcnun əhdi-peyman,

Bağlar mənim ürəyimdə.

 

Yusif Mustafayevin müraciət etdiyi şair dədə malı bu bəndi götürüb dəyişərək:

 

…Neçə cavan əhdi-peyman,

Bağlar dağlarda-dağlarda…

 

Ayıbdır! İndi bu şeir oğrusu kimdirsə özü bilər. Amma Yusif Mustafayev respublikanın əməkdar artistidir. Gecə-gündüz ya toydadır, ya ekranda. Heç kitab-filan oxumur? Yaxşı deyək ki, oxumur. Bəs, o birilər…

Yəni oğurluq musiqi ifaçıları… Mənim əzizlərim, çox hörmət etdiyim cavan saz ifaçıları - Aşıq Namiq və Mübariz Camaloğlu. Sizə nə olub?

 

Ay sevgilim, can sevgilim…

 

Qardaşlar! Bu musiqi Zeynəb xanım Xanlarovanın repertuarında yüz dəfə səslənib. Bu “Tarla qızları” mahnısıdır. İndi kimsə öz bəstəsi kimi təqdim edib. Siz niyə oxuyursunuz, ya sazda ifa edirsiniz? Hələ:

 

Kaş səni görməyəydim,

Bu CÜRÜNƏ (?!) sevməyəydim…

 

Heç gözləməzdim. Bu CÜRÜNƏ mahnı olmaz, əzizlərim. Nə söz sözdü, nə də musiqi orijinaldı. Amma günahınız da yoxdur. Savadsız, hazırlıqsız dinləyiciyə sırıya bilirsiniz - sözü də, musiqini də.

Nə isə! Hələlik bu qədər.

Amma ardı var…


Müəllifin digər yazıları
SON XƏBƏR
Deputat canlı yayımda büdcə müzakirələri ilə bağlı sualları cavablandırdı - VİDEO
17.11.2018, 00:13

Deputat canlı yayımda büdcə müzakirələri ilə bağlı sualları cavablandırdı - VİDEO

Azərbaycan xalqının 30 il öncəki dirçəliş tarixi
17.11.2018, 00:00

Azərbaycan xalqının 30 il öncəki dirçəliş tarixi

Ərdoğan Trampla Qaşıqçı və FETÖ məsələsini müzakirə etdi
16.11.2018, 23:51

Ərdoğan Trampla Qaşıqçı və FETÖ məsələsini müzakirə etdi

Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda görüşlər keçirib
16.11.2018, 23:38

Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda görüşlər keçirib

Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazandı
16.11.2018, 23:25

Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazandı

Azərbaycan nefti bahalaşıb   
16.11.2018, 23:14

Azərbaycan nefti bahalaşıb  

Avropa ABŞ olmadan özünü müdafiə edə bilməyəcək
16.11.2018, 22:57

Avropa ABŞ olmadan özünü müdafiə edə bilməyəcək

Şahzadənin “Roma”nı almaq istəyi rədd edildi
16.11.2018, 22:45

Şahzadənin “Roma”nı almaq istəyi rədd edildi

Qaxda qoşqulu motosiklet qəzaya uğradı
16.11.2018, 22:19

Qaxda qoşqulu motosiklet qəzaya uğradı

Dünyanın ən böyük Startup yarışması ilk dəfə Bakıda
16.11.2018, 22:14

Dünyanın ən böyük Startup yarışması ilk dəfə Bakıda

İki sərnişin avtobusu toqquşdu: 2 ölü
16.11.2018, 22:02

İki sərnişin avtobusu toqquşdu: 2 ölü

FETÖ-çu ABŞ-dan Türkiyəyə ekstradisiya edildi
16.11.2018, 21:48

FETÖ-çu ABŞ-dan Türkiyəyə ekstradisiya edildi

“Quş qripi” ilə bağlı monitorinqin nəticələri AÇIQLANDI
16.11.2018, 21:34

“Quş qripi” ilə bağlı monitorinqin nəticələri AÇIQLANDI

Böyük Britaniyada “Brexit” üzrə nazir təyin edildi
16.11.2018, 21:21

Böyük Britaniyada “Brexit” üzrə nazir təyin edildi

Qəzzadakı toqquşmalarda 40 fələstinli xəsarət alıb
16.11.2018, 21:08

Qəzzadakı toqquşmalarda 40 fələstinli xəsarət alıb

“Fransanın qeyri-adekvat siyasəti ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır” - Türkiyəli ekspert
16.11.2018, 20:54

“Fransanın qeyri-adekvat siyasəti ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır” - Türkiyəli ekspert

Azərbaycan güləşçisi dünya çempionatının finalında
16.11.2018, 20:39

Azərbaycan güləşçisi dünya çempionatının finalında

Azərbaycanla Rusiya arasında Birgə Bəyanat imzalandı
16.11.2018, 20:28

Azərbaycanla Rusiya arasında Birgə Bəyanat imzalandı

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi
16.11.2018, 20:15

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi

26 ton zərərli kartof məhv edildi - FOTO
16.11.2018, 20:01

26 ton zərərli kartof məhv edildi - FOTO

Bakıda liftin mühərriki yandı -  2 nəfər xilas edildi
16.11.2018, 19:51

Bakıda liftin mühərriki yandı - 2 nəfər xilas edildi

Azərbaycan klubu liqadan uzaqlaşdırıldı – Səbəb
16.11.2018, 19:40

Azərbaycan klubu liqadan uzaqlaşdırıldı – Səbəb

İsrail növbədənkənar seçkiyə gedir
16.11.2018, 19:24

İsrail növbədənkənar seçkiyə gedir

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE   
16.11.2018, 19:17

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE  

"Qarabağla bağlı beynəlxalq tribunal yaradılsın" -  Azay Quliyev
16.11.2018, 19:15

"Qarabağla bağlı beynəlxalq tribunal yaradılsın" - Azay Quliyev

Türkiyədə 723 terrorçu təslim olub
16.11.2018, 18:51

Türkiyədə 723 terrorçu təslim olub

Putin Paşinyana zəng etdi
16.11.2018, 18:42

Putin Paşinyana zəng etdi

Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib
16.11.2018, 18:31

Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib

Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır
16.11.2018, 18:21

Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır

Prezident məktəb tikintisinə 1 milyon ayırdı
16.11.2018, 18:10

Prezident məktəb tikintisinə 1 milyon ayırdı

Yol tikintisinə 1.5 milyon manat ayrıldı
16.11.2018, 18:00

Yol tikintisinə 1.5 milyon manat ayrıldı

Mədəniyyət Nazirliyi Çində keçirilən festivalda iştirak edib - FOTO
16.11.2018, 17:52

Mədəniyyət Nazirliyi Çində keçirilən festivalda iştirak edib - FOTO

Prezident: “Azərbaycan tarixi nailiyyət əldə edib”
16.11.2018, 17:49

Prezident: “Azərbaycan tarixi nailiyyət əldə edib”

“Hər ailə ağac əksin” aksiyası davam edir
16.11.2018, 17:49

“Hər ailə ağac əksin” aksiyası davam edir

Gənclərə yeni VƏD - Komitə sədri AÇIQLADI
16.11.2018, 17:47

Gənclərə yeni VƏD - Komitə sədri AÇIQLADI

Paytaxtın iki əsas yeni yolu istifadəyə veriləcək - Saleh Məmmədov
16.11.2018, 17:38

Paytaxtın iki əsas yeni yolu istifadəyə veriləcək - Saleh Məmmədov

Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir
16.11.2018, 17:33

Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir

İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU
16.11.2018, 17:28

İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU

Ələt-Astara yolunun ödənişli olacağı vaxt açıqlandı
16.11.2018, 17:21

Ələt-Astara yolunun ödənişli olacağı vaxt açıqlandı

Gömrük Akademiyasında Milli Dirçəliş günü qeyd olundu
16.11.2018, 17:20

Gömrük Akademiyasında Milli Dirçəliş günü qeyd olundu

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
16.11.2018, 17:19

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur
16.11.2018, 17:05

Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur

Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018, 16:57

Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

BDU-nun rektoru vəzifəsinin icrası bu xanıma həvalə edildi
16.11.2018, 16:51

BDU-nun rektoru vəzifəsinin icrası bu xanıma həvalə edildi

Bərdədə yolu keçən piyadanı maşın vurub öldürdü
16.11.2018, 16:48

Bərdədə yolu keçən piyadanı maşın vurub öldürdü

Leyla Əliyeva ekologiya ilə bağlı konfransda iştirak etdi
16.11.2018, 16:42

Leyla Əliyeva ekologiya ilə bağlı konfransda iştirak etdi

ABŞ İran sanksiyaları üzrə nümayəndələrini Bakıya göndərdi - Bu, sonuncudur...
16.11.2018, 16:35

ABŞ İran sanksiyaları üzrə nümayəndələrini Bakıya göndərdi - Bu, sonuncudur...

Miqrasiya xidmətinin rəisi əcnəbilərin ev problemindən yazdı
16.11.2018, 16:32

Miqrasiya xidmətinin rəisi əcnəbilərin ev problemindən yazdı

Xızıda heyvan oğruları tutuldu
16.11.2018, 16:30

Xızıda heyvan oğruları tutuldu

Azercell-in ödənişsiz ingilis dili kurslarında 50 jurnalist iştirak edəcək
16.11.2018, 16:20

Azercell-in ödənişsiz ingilis dili kurslarında 50 jurnalist iştirak edəcək

ARXİV